ABŞ Kosmik Agentliyi (NASA) Ayın ətraflı və dəqiq modelinin yaradılması üçün bütün arzu edənlərə yükləyərək istifadəyə imkan verən iki xəritə hazırlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, məlumata görə, qeyri-adi peyk modeli “Lunar Reconnaissance Orbiter” (LRO) planetlərarası avtomatik stansiyasının 10 il ərzində topladığı məlumatlar əsasında hazırlanıb. O, peykin şəkillərini çəkməklə saniyədə 1,5 km sürətlə hərəkət edib. Bu halda işıq mənbəyi 150 milyon km məsafədə yerləşib, bütün Ay səthinin isə xəritə üzərinə topoqrafik baxımdan dəqiq köçürülməsi tələb olunub.
Bildirilir ki, skaner kimi işləyən “LRO” stansiyası kosmik gəminin Ay səthi üzərində hərəkətindən istifadə edərək şəkilləri sətir-sətir sıralayıb. Lazer impulsları Ayın ölçüsünün müəyyənləşdirilməsi üçün istifadə olunub. Onlar Ay səthinə çatır və kosmik gəmidə əks olunurlar. Daha sonra aparat şüanın qaytarılması üçün tələb olunan vaxtı ölçməklə Ay topoqrafiyasını hesablayır.
“LRO” stansiyasının məlumat və təsvirlərindən istifadə edən NASA mütəxəssisləri Ayı misli görünməmiş ətraflı şəkildə canlandırıblar. Layihənin məqsədi “NASA” məlumatlarından 3D dizaynerlər üçün istifadəyə şərait yaratmaqdan ibarətdir. Ayın dəqiq topoqrafiyası, həmçinin gələcək missiyaların daha təhlükəsiz enişinə hazırlıq üçün tələb olunur.
Realpress.az
“Motorola” şirkəti selfi kamerası korpusdan kənara çıxan ilk smartfon modelini təqdim edib.
"AzDoc" elektron sənəd dövriyyəsi – müəssisə və təşkilatların bütün struktur bölmələrində sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən proqram təminatıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan "AzDoc" təşkilatın bütün sənədlərinin qeyd olunduğu gündən arxivdən silindiyi günə qədər tam dövriyyəsini dəstəkləyir. Burada sənədlərin qeydiyyatı, göndərilməsi, dərkənar yazılması, icrası, nəzarətə götü
Bir il bundan əvvəl “Qualcomm” şirkəti tərəfindən təqdim edilmiş dünyada ilk ultrasəs “3D Sonic Sensor” barmaq izi skaneri hətta çirkli ekrandan dəri toxumasını dəqiq tanıyırdı. İndi şirkət eyni anda iki barmaq izini skan edə bilən yeni versiyanı – “3D Sonic Max” nümayiş etdirib.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC ilə Belarus Respublikasının Trafik Mübadiləsi Milli Mərkəzi arasında beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanıb.