Deputat: Maaşlar, pensiyalar, müavinətlər diqqət mərkəzində olacaq

Deputat: Maaşlar, pensiyalar, müavinətlər diqqət mərkəzində olacaq
11 Sent 2019 16:01


2020-ci ilin dövlət büdcə layihəsi hökumətə təqdim edilib. Biz isə rəqəmlərlə tanış deyilik. Hökumətdən sonra Cənab Prezident büdcə layihəsinə baxacaq və sənəd Milli Məclisə təqdim ediləcək.

Bunu realpress.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputatın proqnozuna görə, Azərbaycanın 2020-ci il dövlət büdcəsində sosial layihələrə daha çox üstünlük veriləcək.

“Maaşlar, pensiyalar, müavinətlər yenə diqqət mərkəzində olacaq”, - deyə V.Əhmədov əlavə edib.

Onun fikrincə, gələn ilin büdcəsi investisiyayönümlü olmalıdır ki, ümumi daxili məhsulun artımı baş versin.

“Büdcə investisiyayönümlü olarsa, qeyri-neft sektoru daha da inkişaf edər”.

Xatırladaq ki, Maliyyə Nazirliyinin Kollegiyası 2020-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrinin Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib.


25 Sent 2020
İqtisadiyyat

Neftin qiyməti bahalaşır

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

25 Sent 2020
İqtisadiyyat

Sentyabrın 25-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 25 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

24 Sent 2020
İqtisadiyyat

Azərbaycan nefti bahalaşmaqda davam edir

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,34 ABŞ dolları, yaxud 0,81% artıb.

24 Sent 2020
İqtisadiyyat

Təbii qaz bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

24 Sent 2020
İqtisadiyyat

Sentyabrın 24-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 24 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.