Sosial şəbəkələrdə bağlı profillərə müdaxilə üsulu aşkar edilib

Sosial şəbəkələrdə bağlı profillərə müdaxilə üsulu aşkar edilib
12 Sent 2019 11:46

“BuzzFeed” nəşri “Instagram” və “Facebook”da bağlı profillərdəki şəkillərə baxmaq və onları paylaşmaq üsulunu nümayiş etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, səhifənin abunəçisi bağlı profilə müdaxilə etmək üçün onun kodunu açmalı və şəklin URL ünvanını köçürməlidir. Hətta qeydiyyatdan keçməmiş istifadəçilər üçün giriş mümkündür.

 

“BuzzFeed Tech” nəşrinin əməkdaşları bu texnologiyanı yoxlayıblar və məlum olub ki, bu üsulla yalnız şəkilləri deyil, həm də “Instagram storis”dən videoları paylaşmaq olar. “Facebook” nümayəndələri jurnalistlərin sorğusuna cavab olaraq bildiriblər ki, bu müdaxilə üsulu təhlükəsizdir, çünki faktiki olaraq postların ekran görüntüsünün başqa istifadəçilərə göndərilməsinə oxşardır.

Realpress.az


18 Sent 2019
İT

Siyasi hücumlar üçün virus aşkarlanıb

"Eset" şirkəti "Stealth Falcon" haker qruplaşmasının digər zərərli proqram təminatı ilə əlaqədar təhlükəli virus aşkarlayıb.

17 Sent 2019
İT

Populyar routerlərdə ciddi boşluqlar aşkar edilib

Populyar ev və korporativ marşrutlayıcı modelləri, həmçinin “Əşyalar interneti” qurğularında cinayətkarlara bu avadanlıqlara uzaq məsafədən müdaxilə etməyə imkan verən boşluqlar aşkar edilib. Bu haqda kibertəhlükəsizliklə məşğul olan “Independent Security Evaluators” (ISE) tədqiqat şirkətindən məlumat verilib.

17 Sent 2019
İT

“Volocopter” şirkəti hava taksisini şəhər şəraitində sınaqdan keçirir

“Volocopter” şirkəti Almaniyanın Ştutqart şəhərində “Volovopter 2X” adlı hava taksisinin şəhər mühitində keçirilən sınaqları üzrə ilk mərhələni bitirib. Sınaqlar zamanı 18 rotorlu aparat uğurlu uçuş həyata keçirərək şəhərin mərkəzində yerləşən idman meydançasına eniş edib.

17 Sent 2019
İT

Edvard Snouden vəzifəli şəxsləri “WhatsApp”dan istifadədən çəkinməyə çağırıb

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden dövlətlərdə yüksək vəzifə tutan insanları “WhatsApp” messencerində məlumatların şifrləmə səviyyəsinin aşağı olması səbəbindən ondan istifadə etməməyi tövsiyə edir. O, bu bəyanatı Fransanın “France Inter” radiostansiyasına müsahibədə səsləndirib.

17 Sent 2019
İT

İlk “Motorola” televizorları buraxılıb

Smartfon istehsalçısı kimi tanınan “Motorola” şirkəti televizorlar bazarına daxil olaraq “Motorola TV” brendli ilk modellər seriyasını təqdim edib.