Zakir Həsənov MİQ-29 qəzasından danışdı: "Rəşad son anda..." - VİDEO

Zakir Həsənov MİQ-29 qəzasından danışdı: "Rəşad son anda..." - VİDEO
16 Sent 2019 08:59

Müdafiə Naziri Zakir Həsənov Real TV-də “Mir Şahinin vaxtı” verilişinin qonağı olub.

Realpress.az xəbər verir ki, nazir iyulun 24-də MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyevlə bağlı məsələyə də toxunub.

O, qəzanın təfərrüatları barədə danışıb:

“Bütün tədbirlər qanun çərçivəsində icra olunmuşdu. Pilotumuz Rəşad Atakişiyev yüksək səviyyəli və hazırlıqlı idi. Gecə təlimləri keçirilirdi. Orada da, yüksək peşəkarlıq nümayiş etdirmişdi.

Komissiya yaradıldı. Orada yüksək səviyyəli yerli və xarici mütəxəssislər cəlb edilmişdi. Onların iştirakı ilə “qara qutu” araşdırıldı.

“Qara qutu”da təyyarənin avadanlıqlarının işləməsi düzgün yazılır. Bu təyyarə tam işlək idi və son məqama kimi bütün mühərrik və avadanlıqlar işləyirdi. Əgər toqquşma olsaydı, onun mühərriki və digər avadanlığına təsir göstərərdi.

Bundan başqa, Azərbaycanda olan digər qurumların radarları ilə bizim radarların nəticələri üst-üstə düşdü. Pilotun son məqamda zəif də olsa təyyarəni idarə etməyə çalışması onun göstəricisi idi ki, göydə təyyarə zərbə alıb.

Xarici mütəxəssislər də, gecə göydə quşların uçub-uçmaması ilə bağlı sualımızı təsdiq etdilər. Həkimlər də, öz rəyini bildirdilər ki, insan hansı vəziyyətdə belə hərəkət edə bilər.

Bu böyük sənəddir və burada bütün məsələlərə cavab verilir. Bəzən deyirlər ki, “qara qutu”da pilotun səsini dinləmək lazımdır.

Bu yoldaş bilmir ki, “qara qutu”da pilotun səsi yazılmır. Tam olaraq bizim komissiyanın üzvlərinə inanıram”.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.