Ukrayna prezidentinin müşaviri: Qarabağdakı “seçkilər”i tanımırıq

Ukrayna prezidentinin müşaviri: Qarabağdakı “seçkilər”i tanımırıq
16 Sent 2019 16:09


Ermənistanın Xarici İşləri Nazirliyi işğal altındakı Qarabağda “yerli idarəetmə orqanları”na keçirilən “seçkiləri” tanımadıqlarını bəyan edən Ukrayna və Gürcüstan XİN-lərinin bəyanatına mənfi reaksiya verib.

Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bu yaxınlarda keçirilən brifinqdə bəyan edib ki, işğal altındakı separatçı rejim “demokratik seçkilər”in keçirilməsində ciddi təcrübəyə malikdir.

Bununla yanaşı, Ukrayna “seçkilər”i qanunsuz adlandıraraq tanımaqdan imtina edib. Kiyevdə düşünürlər ki, sözügedən “seçkilər” Azərbaycan Konstitusiyasını, beynəlxalq hüquq normalarını pozur və hüquqi cəhətdən qeyri-qanunidir.

Ukraynanın Qarabağ məsələsində mövqeyi dəyişməzdir. Rəsmi Kiyev Azərbaycanın bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində qeyri-şərtsiz dəstəkləyir.

Öz növbəsində Gürcüstan da Qarabağda keçirilən “seçkilər”i tanımadığını bəyan edib. Tbilisidə qeyd edirlər ki, Gürcüstan Azərbaycanın beynəlxalq hüquqla tanınmış  suveren sərhədlərinə hörmətlə yanaşır.

Ukrayna prezidentinin siyasi məsələlər üzrə müşaviri, Ali Radanın deputatı Nikita Poturayev Media.Az-a Ermənistan XİN-in bəyanatını şərh edib.

“Kiyevin mövqeyi bəllidir, biz beynəlxalq hüququn tərəfdarıyıq. “Seçkilər”i tanımamaqdan başqa mövqeyi bizdən gözləməyə dəyməz. Beynəlxalq hüququn prinsipləri bizim xarici aqressiyadan müdafiəmizdir. Təkrar edirəm, bizim mövqeyimiz bəllidir. Mövqeyimizi dəyişməyəcəyik”, - deyə Nikita Poturayev bildirib.

Müsahibimizin sözlərinə əsasən, Kiyev lazım olanı, öhdəsində olanı deyir. Yerevan isə “məlum səbəblərə görə reaksiya göstərir”.

“Ukraynada dəyişən heç nə yoxdur. Qanuna əməl etmək hər zaman lazımdır. Qanunları pozmaq pis haldır və biz qanunları pozmuruq. Bizdən incimək də lazım deyil, çünki biz beynəlxalq hüquqa uyğun olaraq davranırıq”, - deyə Nikita Poturayev şərh edib.

26 Apr 2024
Siyasət

Prezident İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirilir

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.

26 Apr 2024
Siyasət

Azərbaycan Prezidenti: “Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq”

“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”

“Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir”.

26 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”

“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk”.