Türkiyədən deportasiya olunan azərbaycanlılarla bağlı - RƏSMİ AÇIQLAMA

Türkiyədən deportasiya olunan azərbaycanlılarla bağlı - RƏSMİ AÇIQLAMA
17 Sent 2019 16:58

Türkiyənin İstanbul şəhərinin müxtəlif rayonlarında kompakt məskunlaşmış azərbaycanlılarla bağlı problem yaşanıb. 

Realpress.az xəbər verir ki, soydaşlarımızdan bir qrupu müxtəlif vaxtlarda saxlanılaraq polis idarələrinə aparılıb. 

Saxlanılanlardan bəziləri isə deportasiya olunub. Mövcud durumla bağlı ötən gün İstanbulun Başakşehir rayonunda aksiya da keçirilib. 

Redaksiyamıza olunan çoxsaylı müraciətləri nəzərə alaraq problemin nədən ibarət olmasını araşdırdıq.

Azərbaycanlıların hansı məqsədlə saxlanılması və deportasiya olunması ilə bağlı Xarici İşlər nazirliyinə sorğu göndərdik. Nazirlikdən "BAKU.WS"-ə verilən məlumatda bəzi azərbaycanlıların deportasiyası məlumatı öz təsdiqini tapdı: "Əslində orda söhbət Türkiyə ərazisinə pasportla qanuni daxil olsa da, oturum icazəsi ala bilməyən vətəndaşlardan gedir. Faktiki olaraq qeyri-qanuni çalışan vətəndaşlarla bağlı problem yaşanıb. Bu səbəbdən onlar saxlanılaraq Azərbaycana deportasiya olunub. Azərbaycanlıların kompakt şəkildə yaşadığı ərazidə konkret olaraq 6-7 nəfər həmyerlimiz oturum icazəsi olmadığı üçün polis tərəfindən saxlanılıb. Bu da Türkiyə tərəfinin verdiyi qərardır". 


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.