Hacı Əliyev dünya çempionatında “Amerikanların qənimi” ilə qarşılaşacaq

Hacı Əliyev dünya çempionatında “Amerikanların qənimi” ilə qarşılaşacaq
18 Sent 2019 15:33


Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Realpress.az xəbər verir ki, altıncı yarış günündə qadın güləşində 62 və 68, sərbəst güləşdə isə 57 və 65 kq-da mübarizəyə start veriləcək. 

Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib. Ən çətin rəqib olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyevə düşüb. Belə ki, onun qarşılaşacağı Hacımurad Rəşidov ikiqat Avropa, ikiqat Rusiya çempionudur.

Dargin mənşəli dağıstanlı güləşçi bu il Rusiya millisi ilə Dünya Kubokunun qalibi olmaqla yanaşı, iki dəfə dünya çempionatının gümüş mükafatçısıdır. Yeri gəlmişkən, o, 2017-ci ildə Fransanın paytaxtı Parisdə keçirilmiş dünya çempionatının (-61 kq) finalında məhz Hacı Əliyevə uduzub. Çıxdığı yarışlarda amerikan idmançılarına uduzmadığı üçün ləqəbi “Amerikanların qənimi”dir. 

Qadın güləşi

-62 kq
1/16 final. Elmira Qəmbərova – Krişta Tunda İnçe (Rumıniya)

-68 kq
1/16 final. İrina Netreba – Yuvet Zye (Burkina Faso)

Sərbəst güləş

-57 kq
Təsnifat. Mahir Əmiraslanov – Uluqbəy Yoldaşbəyov (Qırğızıstan)

-65 kq
Təsnifat. Hacı Əliyev – Hacımurad Rəşidov (Rusiya)

Qeyd edək ki, bu gün qadın güləşində Mariya Stadnik (-50 kq) dünya çempionatının finalında çıxış edəcək.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.