"The Hacker News" portalının məlumatına görə, "WhatsApp" messencerində göndərilmiş şəkilləri silmək istədikdə səhv yaranır.
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, nəşrin məlumatına görə, istifadəçi messencerdə standart sazlamalar quraşdırdığı halda "Bütün istifadəçilərdə silmək" funksiyası düzgün işləmir. Bu halda bütün göndərilmiş şəkillər telefonun yaddaşında saxlanılır, yalnız mesajlar silinir.
Bundan başqa, sözügedən boşluq yalnız "iOS" əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğularda keçərlidir. "Android" sistemi ilə işləyən smartfonlarda bu funksiya düzgün işləyir.
Nəşrin məlumatına görə, şirkətin mütəxəssisləri bu boşluğu aradan qaldırmaqdan imtina edərək bunu belə əsaslandırıblar ki, "Bütün istifadəçilərdə silmək" funksiyasının əsas işi ilk növbədə mətn mesajlarını silməkdir, media fayllara bunun aidiyyəti yoxdur.
Realpress.az
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.