Alimlər: “Kosmik liftin yaradılması mümkündür”

Alimlər: “Kosmik liftin yaradılması mümkündür”
19 Sent 2019 14:08

Beynəlxalq alimlər qrupu müasir texnologiyalar vasitəsilə kosmik lift növlərindən birinin yaradılmasının mümkün olması iddiası ilə çıxış edib. Söhbət Yer kürəsi və Ayı birləşdirən “körpü”dən gedir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, tədqiqatçıların sözlərinə görə, bu texnologiyanı bəşəriyyətin hazırda malik olduğu alət və materiallardan istifadə etməklə texniki və iqtisadi baxımdan həyata keçirmək olar. “Körpü”nün və ya “kosmik xətt”in üstünlüyü onun Yer ətrafında ayda bir dəfə dövrə vuracağındadır ki, bu da mərkəzdənqaçma qüvvəsinin daha az yüklənməsi deməkdir.
 
Məlumata görə, Yerin səthinə toxunmayaraq onun səthindən 42 164 kilometr hündürlükdə yerləşəcək konstruksiya yerüstü orbitdən peyk səthinə sərbəst hərəkət etməyə və hazırkı yanacaq göstəricisinin miqdarını üçdəbir dəfə azaltmağa imkan verəcək. Alimlərin planına görə, körpünün inşası üçün “Zylon” karbon polimer kimi materialdan istifadə edilməlidir.
 
Yerin və Ayın cazibə qüvvələrinin bərabərləşdiyi Laqranj nöqtəsində eksperimentlərin aparılması, zondların buraxılışı, eləcə də bütün konstruksiyanın əlavə dözümlüyünün yaradılması üçün “baza düşərgəsi” tikmək mümkündür.

Realpress.az


21 Apr 2020
Elmi

Qəbul imtahanları əvvəlki illərdəki kimi keçirilməyə bilər - RƏSMİ AÇIQLAMA

“Əgər şərait bizə imkan verərsə, qəbul imtahanlarını iki dəfə keçirə bilərik. Bizə müəyyən vaxtda həm buraxılış, həm də qəbul imtahanlarının keçirilməsi tapşırılarsa, o zaman ikinci imtahanlar olmayacaq”.

21 Apr 2020
Elmi

Məleykə Abbaszadədən yeni imtahan qrafikləri ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

“Yeni imtahanların qrafiki tərtib olunan zaman proqramları Təhsil Nazirliyi ilə razılaşdıracağıq”. 

31 Mar 2020
Elmi

Təhsil Nazirliyi: Tələbələr bu fürsətdən mümkün qədər yararlanmalıdırlar

Tədris prosesinin dayandırıldığı müddətdə tələbə və şagirdlərə tədris proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədilə nazirlik tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər görülüb.

29 Mar 2020
Elmi

Bu gün birinci sinfə elektron qeydiyyat başlayır

Martın 29-da birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.

26 Mar 2020
Elmi

Teledərslərin sabahkı cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 27 mart üçün nəzərdə tutulan cədvəli açıqlanıb.