Lider TV-nin efirində BİABIRÇILIQ - VİDEO

Lider TV-nin efirində BİABIRÇILIQ - VİDEO
23 Sent 2019 10:51

Lider TV-nın efirində biabırçı səhv buraxılıb.

Realpress.az xəbər verir ki, "Gecənin sehrində" adlı verilişin br hissəsi bu il 650 illik yubileyi qeyd edilən dahi İmadəddin Nəsimiyə həsr olunub.

Verilişin qonaqlarından biri - Rəşad Sultan adlı həkim Nəsiminin məşhur "Ağrımaz" qəzəlindən bir parça söyləyib. Bunun ardınca isə Həsən Seyidbəylinin rejissoru olduğu "Nəsimi" filmindən kadrlar yayımlanıb.

Aparıcı Dilşad Əhmədova dalbadal iki böyük səhvə yol verir. 

Əvvəlcə filmdən verilən kadrları verilişin rejissorunun hazırladığı süjet kimi təqdim edir. Aparıcı savadsız təqdimatının ardınca daha bir bağışlanılmaz səhv edir. Həkimin efirdə səsləndirdiyi Nəsiminin "Ağrımaz" qəzəlinin onun özünün yazdığını qeyd edir. Yəni həkimi qəzəlin müəllifi kimi təqdim edir.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.