Sürücülərin diqqətinə: Texniki baxışa görə dövlət rüsumu artırılır

Sürücülərin diqqətinə: Texniki baxışa görə dövlət rüsumu artırılır
23 Sent 2019 14:03


“Dövlət rüsumu haqqında” qanunun 18-ci maddəsinə dəyişiklik edilir.

realpress.az-ın məlumatına görə, qanunun 18.65.1-ci maddəsində (Nəqliyyat vasitələrinin illik texniki baxışdan qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə) nəzərdə tutulan dövlət rüsumu artırılır.

Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 30 manata qaldırılması təklif olunur. Hazırda isə bu məbləğ 20 manatdır.

18.65.2-ci maddəsinə də dəyişiklik təklif edilir.

Belə ki, nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün dövlət rüsumu 20 manatdan 30 manata qaldırılır.


4 İyun 2020
İqtisadiyyat

Real arzular və ya “Ağıllı” Bakı – gələcəyin şəhəri

Deyək ki, 2050-ci ildə Azərbaycanın necə olacağını düşünmüsünüzmü? Təsadüfən bu tarixi seçmədik, çünki Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişinə əsasən və Aİ-nin texniki yardımı ilə Nazirlər Kabinetində ölkəmizin 2050-ci ilə qədər İnkişaf Strategiyası üzərində iş aparılır.

4 İyun 2020
İqtisadiyyat

Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdi

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğu “BP Exploration (Shah Deniz) Limited” şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-yə keçib.

3 İyun 2020
İqtisadiyyat

İyunun 4-də dolların manata qarşı məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb.

3 İyun 2020
İqtisadiyyat

Neftin qiyməti 40 dolları keçdi

Londonun İCE birjasında “Brent” markalı neftin 2020-ci ilin avqust ayına olan fyuçersləri əvvəlki sessiyanın yekununa nisbətdə 1,31% artaraq, Bakı vaxtı ilə 04:56-da bir barel üçün 40,09 dollara qalxıb.

3 İyun 2020
İqtisadiyyat

Neft sektorunda artım tempi ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də iqtisadi artımın sürətlənməsində aparıcı rol qeyri-neft sektoruna məxsus olub.