Kredit götürmək istəyənlərin diqqətinə - Qiymətləndirmə sadələşəcək

Kredit götürmək istəyənlərin diqqətinə - Qiymətləndirmə sadələşəcək
26 Sent 2019 17:24


“Azərbaycan Kredit Bürosu” MMC (AKB) yeni skorinq xidmətinin tətbiqi ilə bağlı layihə həyata keçirir.

Realpress.az-ın xəbərinə görə, bu barədə şirkətin açıqlamasında bildirilib.

Bu məqsədlə avqustun 1-də Türkiyənin “Kredi Kayıt Bürosu” (KKB) ilə əməkdaşlığa dair müqavilə imzalanıb. Sentyabrdan isə birgə işlərə başlanılıb.

Skorinq xidməti 2020-ci ilin aprel ayından fəaliyyət göstərəcək.

Bu xidmət kredit tarixçəsi subyektləri haqqında toplanmış məlumatların təhlilinə əsasən borcalanın davranışlarını öyrənir. Əldə edilən nəticələr əsasında fərdi reytinqlərin hazırlanmasını və tətbiqini nəzərdə tutur.

Layihə kredit təşkilatlarında qiymətləndirmə prosedurlarının sadələşdirilməsi, əməliyyat xərclərinə qənaət edilməsi, kredit risklərinin azaldılması, habelə borcalanların maliyyə intizamının möhkəmləndirilməsinə xidmət edəcək.

Bu xidmətdən AKB-yə üzv təşkilatlarla yanaşı, kredit tarixçəsi subyektləri də istifadə edə biləcəklər.

Xatırladaq ki, AKB ötən il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla səkkiz bank - “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir.

KKB-ni isə Türkiyənin doqquz aparıcı bankı 1995-ci ildə təsis edib. Türkiyə bazarında uğurla istifadə edilən skorinq modellərini bu qurumun komandası hazırlayır.


16 Okt 2019
İqtisadiyyat

Manatın bu günə məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 16 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

15 Okt 2019
İqtisadiyyat

Azərbaycanda pensiya yaşı belə hesablanacaq – Yenilik

Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq.

14 Okt 2019
İqtisadiyyat

2000-dək şəxsə ünvanlı sosial yardımın ödənilməsi dayandırılıb

Artıq 2000-dək şəxsə ünvanlı sosial yardımın ödənilməsi dayandırılıb.