Bu kişilərin yalnız qız övladları dünyaya gəlir

Bu kişilərin yalnız qız övladları dünyaya gəlir
01 Okt 2019 13:00

Adətən qız övladının doğulmasına görə qadınlara “irad” tuturlar. Lakin qadının burada heç bir “günahı” yoxdur.

Bioloji nöqteyi nəzərdən gələcək uşağın cinsini ana deyil, ata “təyin edir”. Bu nə deməkdir?

Bildiyimiz kimi, insan orqanizminin irsi məlumatları (dəri, gözlərin, saçların rəngi və s.) xromosomlar daşıyır. Cinsi xromosomlar X və Y olur. XX – qadın, XY – kişi fenotipidir. Kişi cinsi hüceyrələri olan spermatozoidlər X və ya Y xromosomu daşıya bilər. Qadın cinsi hüceyrəsi olan yumurta hüceyrəsi yalnız X xromosomu daşıyır. Əgər yumurta hüceyrəsini X xromosomu daşıyan spermatozoid tərəfindən mayalandırarsa qız (XX), Y xromosomu daşıyan spermatozoid mayalandırarsa oğlan uşağı (XY) dünyaya gələcək.

 

Bəs bunu qabaqcadan proqnozlaşdırmaq mümkündürmü? Təbii ki, tam mümkün deyil. Lakin...

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, Aberistuit Universitetinin (Böyük Britaniya) alimləri çoxlu sayda statistik və genetik materialları təhlil etdikdən sonra belə nəticəyə gəliblər ki, bir neçə bacısı və bibisi olan kişilərin daha tez-tez qız övladları və əksinə nəsildə kişilər çox olanlarda (qardaşlar, əmilər) daha tez-tez oğlan övladları dünyaya gəlir.

Bundan əlavə alimlər aşkar ediblər ki, 1-ci və 2-ci qan qrupu olanlarda qız övladlarının dünyaya gəlməsi ehtimalı daha çoxdur.

Realpress.az


16 Okt 2019
Maraqlı

Bu ölkədə elektrik enerjisi Avropada ən baha qiymətə satılır

Avropa İttifaqında göstəricilərinə görə Yunanıstanda elektrik enerjisinin qiyməti digər üzv ölkələrdən bahadır.

15 Okt 2019
Maraqlı

Payızın ən faydalı meyvəsi - Kimlər bol FEYXOA yeməlidir?

Payız mövsümünün meyvələrindən biri də feyxoadır. Feyxoa meyvəsinin əhəmiyyətli xüsusiyyətlərindən biri, yodla zəngin olmasıdır.

15 Okt 2019
Maraqlı

Qadınlar niyə kişilərdən çox yaşayır? - SƏBƏBİ BƏLLİ OLDU – VİDEO

Statistik göstəricilərə görə, dünyada qadınlar adətən kişilərdan daha çox yaşayırlar. Azəbaycanda da bu belədir. Ölkədə kişilərin orta ömrü 73,3 il olduğu halda, qadınlarda bu göstərici 78,2-ə çatır. Yəni orta hesabla bizdə qadınlar kişilərdən 5 il daha uzun ömür sürürlər.