İnsan yaşa dolduqca damarların daxilində piyə bənzər maddə (xolesterin) yığılmağa başlayır ki, bu da damarları daraldır, zəif və kövrək edir.
Belə insanlarda damarın tam tutulması və ya partlaması nəticəsində ürək tutması, insult və ya infarktın riski də artır.
Saglamolun.az bildirir ki, bəzi qida məhsulları damarları xolesterindən təmizləyir, damarları sağlam və cavan saxlamağa yardım edir. Bu hansı məhsullardır?
- Tamdənli bitkilər (arpa, yulaf yarması, qarabaşaq, kinoa, qəhvəyi düyü və s.)
Onlar faydalı maddələr və qidalı liflərlə zəngindir. Qidalı liflər orqanizmə “süpürgə” kimi təsir edərək orqanizmdən ziyanlı maddələri və o cümlədən artıq xolesterini xaric edir.
- Göyərti (kərəviz, cəfəri, ispanaq, kahı)
Göyərtilər də müxtəlif vitamin, mikro- və makroelementlər və həmçinin qidalı liflərlə zəngindir.
- Yağlı balıq
Balıq və balıq yağı damarlarda iltihabları azaldır və həmçinin orqanizmdə “yaxşı” xolesterinin səviyyəsini artırır. Xolesterin sağlam deyil məhz iltihablaşmış damarlarda yığılır, həmçinin “yaxşı” xolesterinin səviyyəsi yüksələndə “pis” xolesterinin səviyyəsi də azalır.
- Zeytun yağı
Çoxsaylı araşdırmalar göstərib ki, zeytun yağı damarlarımız üçün ən faydalı məhsuldur. Zeytun yağını salatlara əlavə etmək çox faydalıdır.
- İtburnu
İtburnu orqanizmin ən yaxşı “təmizləyicisi”dir. İtburnu dəmlıəməsi şəkərin səviyyəsini aşağı salır və bununla da damarlarda iltihabın yaranmasının riskini azaldır. (Məhz şəkər damarlarda iltihab yaradaraq damarlarda xolesterinin yığılmasına şərait yaradır.)
Bundan əlavə itburnu C vitamini ilə zəngindir. C vitamini damarların divarlarını möhkəmləndirir, onların elastikliyini artırır, damarların partlaması riskini azaldır.
Realpress.az
Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.
Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.