HAMİLƏLİK ZAMANI DÜZGÜN QİDALANMA.

HAMİLƏLİK ZAMANI DÜZGÜN QİDALANMA.
03 Okt 2019 11:39

HAMİLƏLİK ZAMANI DÜZGÜN QİDALANMA.

Realpress.az Aptekonline.az istinadla bildirir ki, hər bir hamilə qadın – gələcək ana hamiləlik dövründə düzgün qidalanmanın dölün inkişafı, böyüməsi üçün nə qədər vacib olduğunu bilməlidir. Hamilə qadının qidası keyfiyyətli olmalı və düzgün təşkil edilməlidir. Qidanın tərkibində tələb olunan  miqdarda zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral duzlar və mikroelementlərin olması vacibdir. Qida hamilə qadının  orqanizminin fizioloji tələbatını ödəməli, dölün inkişafını təmin etməlidir. Çünki, döl özünə lazım olan  maddələri: zülallar, yağlar, karbohidratlar, vitaminlər və mikroelementləri  anadan  alır. Qeyri-düzgün qidalanma anemiya, səhər yorğunluğu, halsızlıq və qəbizlik kimi hamiləlik fəsadlarını yaradır. Hamiləlikdə tez-tez rastlanan ağırlaşmalardan biri də anemiyadır.

Anemiyanın əlamətləri. Anemiyanın əsas əlamətlərinə zəiflik, tez yorulma, dərinin quruması, başgicəllənməsi; daha ağır formalarda - saçların tökülməsi, ürək döyüntüsünün artması və bayılmalar aiddir. Anemiyanın yüngül, orta, ağır dərəcələri olur.

Anemiyanın fəsadları. Hamiləliyin ikinci yarısında toksikozun baş qaldırması, adəti düşük, vaxtından əvvəl doğuş, doğuş zamanı  güclü qanaxma, dölün  inkişafdan  qalması, doğuşdan sonra süd ifrazının olmaması anemiyanın əsas fəsadlarıdır.

Hamiləlik dövründə anemiyanın müalicəsi və profilaktikası. Anemiyanın hamiləliyin gedişatına, dölün inkişafına və doğuş prosesinə mənfi təsir göstərdiyini nəzərə alsaq, artıq hamiləliyin ilk həftələrindən xəstəliyin qarşısını almaq üçün profilaktik tədbirlər görmək vacibdir. Anemiyanın profilaktikası və müalicəsi üçün hamilə qadının qida rasionuna mütləq tərkibində dəmir (qırmızı ət, alma, nar, ərik qurusu, qara gavalı qurusu, kişmiş) və heyvan mənşəli zülallar olan qidalar daxil edilməlidir. Əksər hallarda isə hamilələrdə olan anemiyanı yalnız pəhrizlə aradan qaldırmaq mümkün olmur. Bu halda həkimlər dəmir tərkibli preparatlar təyin edirlər. Dəmir preparatları ilə birlikdə hamilə qadına C vitamini və fol turşusu təyin olunur. Dəmir - orqanizmdə bütün orqan və toxumaları oksigenlə təmin edən hemoqlobinin yaranmasında mühüm rol oynayır. C vitamini - ciftin formalaşması və möhkəmləndirilməsinə, immunitetin  artırılmasına, dəmirin mənimsənilməsinə köməklik edir.  Fol turşusu - dölün sinir sisteminin formalaşmasında vacib rol oynayır. Hamiləlik dövründə sağlam və yaxşı balanslaşdırılmış qidalanma həm ana, həm də körpə üçün çox əhəmiyyətlidir.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.


12 Dek 2019
Səhiyyə - Sağlamlıq

Burun tənəffüsünün pozulması niyə təhlükəlidir? - FOTO

"Ağızla nəfəs almaq - burunla yemək kimi bir şeydir" - qədim atalar sözüdür.

10 Dek 2019
Səhiyyə - Sağlamlıq

Baş ağrıları haqqında ən vacib məlumatlar – VİDEO

Baş ağrıları kariesdən sonra insanlar arasında ən yayılmış xəstəlik sayılır.

9 Dek 2019
Səhiyyə - Sağlamlıq

Acqarına su içməyin sağlamlığa 10 faydası

İnsan orqanizmi 80% qədər mayedən ibarətdir. Orqanizmdə gedən bütün proseslər məhz maye mühitində baş verir, maye orqanizmin hər hüceyrəsinə daxildir, qan və limfanın əsas hissəsi mayedir.

28 Noy 2019
Səhiyyə - Sağlamlıq

Kəskin respirator virus infeksiyaları

Kəskin respirator virus infeksiyası (KRVİ) - virus xəstəliyi olub, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Xalq arasında bu xəstəliyi "soyuqdəymə" adlandırırlar. Alimlər 200-dən çox respirator viruslar aşkar ediblər. Bunlardan ən çox təsadüf olunan viruslar -paraqrip, adenovirus, rinoviruslardır. KRVİ  əsasən hava-damcı yolu ilə yoluxur. İnfeksiya mənbəyi xəstə insanlardır.