FİFA sabiq vitse-prezidenti Eugenio Fiqeredonu ömürlük cəzalandırıb.
Realpress.az goal.az-a istinadən xəbər verir ki, bu barədə dünya futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, 87 yaşlı uruqvaylı futbol mütəxəssisi FİFA-nın etika kodeksini pozub. O, 2004-2015-ci illər aralığında müxtəlif turnirlərin teleyayım və marketinq hüquqlarının satışı zamanı rüşvət almaqda ittiham olunur.
FİFA Fiqeredonu ömürlük cəzalandırmaqla yanaşı, onu 1 milyon İsveçrə frankı məbləğində cərimə də edib.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.
Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.