İranlı “Ancelina Coli” həbs edildi — FOTO

İranlı “Ancelina Coli” həbs edildi — FOTO
07 Okt 2019 08:59

Hollivud ulduzu Ancelina Coliyə bənzəmək üçün saysız-hesabsız plastik əməliyyatlar keçirən iranlı Səhər Tabar həbs edilib.

Realpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, dini təhqir etmək və əxlaqsızlığa təşviq ittihamı ilə tutulub. Tabarı bəzi şəxslər Tehrandakı dini quruma şikayət etdikdən sonra hüquq-mühafizə orqanları hərəkətə keçib.

21 yaşlı Səhər Coliyə bənzəmək üçün dəfələrlə bıçaq altına yatıb. Sosial şəbəkələrdə fotoları yayıldıqdan sonra dünya mediasının diqqətini çəkən Səhərin əslində heç bir əməliyyat keçirmədiyi, şəkillərin güclü qrim və proqramla hazırlandığı iddia edilirdi.

Səhər həbs edildikdən sonra milyonlarla izləyicisi olan İnstaqram hesabı da bağlanıb. Bu isə onun fanatlarının etirazına səbəb olub.


7 May 2024
Dünya

Kuba Prezidenti Rusiyada səfərdədir

Kuba Prezidenti Migel Dias-Kanel Bermudes Rusiyada səfərdədir.

7 May 2024
Dünya

Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM

Rusiyada 2024-cü ilin martında dövlət başçısı seçilən Vladimir Putin beşinci dəfə Rusiya prezidenti oldu.

7 May 2024
Dünya

Günün rəsmi məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.