"Sehrli xalat" filmindəki uşaq 69 yaşında — FOTO

"Sehrli xalat" filmindəki uşaq 69 yaşında — FOTO
08 Okt 2019 13:12

"Sehrli xalat" filminin Eldarının illər sonra fotosu yayılıb.

Realpress.az xəbər verir ki, fotonu Azərbaycan kinolarının bilicisi Mahir Məmmədov sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, "Sehrli xalat" filmi 1964-cü ildə Əlisəttar Atakişiyevin rejissorluğu ilə çəkilib.

Görkəmli kino işçisi, ssenarist Yusif Mansur oğlu Şeyxov isə 1951-ci il fevralın 2-də Bakıda anadan olub. 1970 - 75-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti kimi yaradıcılıq fəaliyyətinə başlayıb. Sonralar Dövlət Kinematoqrafiya Komitəsində, “Azərprokat”, “Azərkinovideo” İB, Mədəniyyət Nazirliyində məsul vəzifələrdə çalışıb.

“Qobustan”, “Portret”, “Tokay Məmmədov, “Dua” və s. sənədli, “Qızıl”, “İt sərgisi” cizgi, eləcə də “Arxada qalmış gələcək” bədii filminin ssenari müəllifidir.

“Mozalan” satirik kinojurnalı üçün süjetlər yazıb. Milli kino sahəsində uzunmüddətli səmərəli xidmətinə görə, Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş Yusif Şeyxov Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü olaraq milli kinematoqrafın ictimai həyatında fəal iştirak edir.

Hazırda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiridir.



28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.