Əfqanıstanın cənubundakı Helmand əyalətində "əl-Qaidə" terror təşkilatının Hindistan yarımadasındakı lideri Asim Ömər öldürülüb.
Realpress.az xəbər verir ki, bu barədə Əfqanıstan Milli Təhlükəsizlik İdarəsi məlumat yayıb.
Helmandın Musa Kale bölgəsinə təşkil edilən hava hücumu zamanı pakistanlı terrorbaşı zərərsizləşdirilib.
Asim Ömərlə birgə, daha 7 terrorçu da hava hücumu zamanı ölüb.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.