Nə üçün əzələdaxili inyeksiyalar yana vurulur?

Nə üçün əzələdaxili inyeksiyalar yana vurulur?
10 Okt 2019 10:31

Əzələdaxili inyeksiyalar əksər hallarda sağrı əzələsinə (yana) vurulur. Bunun bir neçə səbəbi var.

İlk növbədə sağrı əzələsi çox qalındır. Bu inyeksiyanın rahat yeridilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Digər tərəfdən iynənin vurulması üçün nəzərdə tutulmuş hissədə (sağrı əzələsinin yuxarı xarici hissəsi) qalın damarlar və qalın sinirlər keçmir. Lakin burada diqqətli və ehtiyatlı olmaq, inyeksiyanın texnikasını bilmək çox vacibdir.  

 

Sağrının digər yerlərinə iynə vurmaq olmaz! Saglamolun.az bildirir ki, bu halda iynənin oturaq sinir və sağrı arteriyasına düşmək ehtimalı artır. Bu isə çox təhlükəlidir. İynənin oturaq sinirə düşməsi güclü ağrılar və bəzən hətta insanın əlil qalmasına səbəb ola bilər.  

3-cü səbəb odur ki, sinir uclarının bu yerdə az olması iynənin vurulmasını kifayət qədər ağrısız edir.

İynəni vurduqdan əvvəl dəqiqləşdirmək lazımdır ki, bu inyeksiya məhz əzələyə vurmaq üçün nəzərdə tutulub. Bu haqda ampulların üzərində xüsusi qeyd olur. 


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.