İstanbulda bu gün yenə zəlzələ baş verib.
Realpress.az Trend-ə istinadən bildirir ki, təkanlar 3,1 bal gücündə olub.
Zəlzələ şəhərin Silivri rayonunda qeydə alınıb. Məlumata görə, təkan böyük olmsa da, əhali təşviş keçirib, insanlar evlərini tərk edərək küçələrə çıxıblar.
Zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı olmayıb.
Qeyd edək ki, sentyabrın 26-da İstanbulda 5,8 bal gücündə zəlzələ olmuşdu. Təbii fəlakət nəticəsində 473 binaya ziyan dəymişdi.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.