Yol polisini maşın vurdu - Xəstəxanaya yerləşdirilib

Yol polisini maşın vurdu - Xəstəxanaya yerləşdirilib
17 Okt 2019 11:56

Bakıda yol polisini minik avtomobilinin vurması ilə bağlı araşdırmalara başlanıb.

Realpress.az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

İdarədən bildiriblər ki, hadisə nəticəsində xəsarət alan yol polisinin vəziyyəti qənaətbəxşdir, müalicəsi davam etdirilir.

Xatırladaq ki, hadisə oktyabrın 16-da Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.

Rayon ərazisində xidmət aparan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşı Qiyasov Aqşin Yaşar oğlu minik avtomobili ilə vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.