Bakıda 4 gün bu yollar bağlanacaq

Bakıda 4 gün bu yollar bağlanacaq
17 Okt 2019 12:00

Aparılan təmir işləri ilə əlaqədar olaraq oktyabr ayının 17-dən 18-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi və Tbilisi prospekti arasında yerləşən hissəsində də avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, bununla da Şəfayət Mehdiyev küçəsinə Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri, həmçinin Tbilisi prospekti istiqamətindən giriş bağlanacaq.

Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Alternativ olaraq sürücülər Hüseyn Cavid və Həsən bəy Zərdabi prospektlərinfən, Əhməd Cəmil, Akademik Zahid Xəlilov, Həsən Məcidov, General Akim Abbasov və Əbdulvahab Salamzadə küçələrindən, həmçinin sözügedən küçə və prospektlərə birləşən yollardan istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik.

Realpress.az


26 Apr 2024
Cəmiyyət

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO

Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən “Dalğa-2024” birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb.

26 Apr 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

26 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

26 Apr 2024
Cəmiyyət

Daha 140 nəfər doğma Füzuli şəhərinə qayıdır - FOTO/VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.