“Əşyalar interneti” qurğularına rekord sayda kiberhücumlar qeydə alınıb

“Əşyalar interneti” qurğularına rekord sayda kiberhücumlar qeydə alınıb
17 Okt 2019 12:05

Cari ilin birinci yarısında "Əşyalar interneti" (IoT) qurğularına kiberhücumların sayı 2018-ci ilin analoji dövründəki 12 milyona nisbətdə rekord 105 milyonu ötüb. Bu barədə "Kasperski laboratoriyası" şirkətinin hesabatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, ekspertlər tərəfindən 2019-cu ilin yanvar-iyununda haker hücumlarına məruz qalan 276 min qurğunun unikal IP ünvanı qeydə alınıb. Bir il əvvəl bu göstərici 69 min IP ünvanına bərabər olub.

 

Hakerlər "DDoS" hücumlarının edilməsi və ya onlardan digər növ zərərli əməllərin törədilməsi üçün proksi serverlər kimi istifadə etmək üçün "ağıllı" qurğular şəbəkələrini viruslara yoluxdururlar.

 

"IoT" avadanlıqları daha çox Çində yoluxdurulur – bu ilin birinci yarısının yekunları üzrə hücumların ümumi sayının 30 faizi bu ölkənin payına düşüb. Sonrakı mövqelərdə Braziliya (19 faiz) və Misir (12 faiz) yer alıb.

 

Ən aktiv zərərli proqramlar kimi "Mirai" və "Nyadrop" göstərilir. Onların hücumlarda payı 29 faiz təşkil edir. "Mirai" eksploytları qurğuya açıq boşluqlar vasitəsilə tətbiq etmək üçün istifadə edir. "Nyadrop" ən çox natamam parollar metodundan yararlanır.

 

Şirkət nümayəndələrinin sözlərinə görə, "IoT" qurğuları kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilib, çünki bu avadanlıqlardan istifadə üçün məlumat seçimi çox vaxt asan olur.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.