“Barselona”nın veteranı öz azarkeşlərini pislədi və verilişdə ağladı - VİDEO

“Barselona”nın veteranı öz azarkeşlərini pislədi və verilişdə ağladı - VİDEO
17 Okt 2019 13:18

Stadionu bağlamaq, bağlı qapılar önündə oynamaq lazımdır. Hətta daha ciddi tədbirlər görülməlidir.

realpress.az xəbər verir ki, bunu Bolqarıstan millisinin və “Barselona”nın sabiq futbolçusu Xristo Stoiçkov ABŞ-dakı ispandilli telekanalda qonaq olarkən deyib.

1994-cü il dünya çempionatının ulduz futbolçularından olmuş 53 yaşlı veteran gözlənilmədən ölkəsinə qarşı sərt tədbirlərin görülməsinin tərəfdarı olduğunu bildirib. O, İngiltərə ilə oyunda azarkeşlərin rəqib komandanın qaradərili oyunçularına qarşı irqçi hərəkətlər etməsinə görə bolqar tərəfdarları pisləyib:

“Bir dəfə İngiltərədə belə olmuşdu. Uzun müddətə Bolqarıstan klublarını beynəlxalq yarışlardan kənarlaşdırmaq lazımdır. Beş illiyə. Bu, onları sakitləşdirəcək! İstisnasız, bütün bolqar klubları üçün bu cəza tətbiq olunmalıdır”.

Yeri gəlmişkən, o bu sözləri deyərkən ağlamağa başlayıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

¡Conmovido hasta las lágrimas!

15 Noy 2019
İdman

Azərbaycanlı döyüşçü “Bellator”da debüt edib, “Şoumen”i nokauta saldı

Azərbaycanlı döyüşçü “Bellator”da debüt edib, “Şoumen”i nokauta saldı

15 Noy 2019
İdman

Daha 4 yığma AVRO-2020-yə vəsiqə qazandı - VİDEO

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IX tura start verilib. 

14 Noy 2019
İdman

MMA döyüşçüsü insan oğurluğunda şübhəli bilinərək həbs edildi

MMA döyüşçüsü insan oğurluğunda şübhəli bilinərək həbs edildi