Bakı Metropoliteninin “28 May” stansiyasında həyəcanlı anlar yaşanıb.
Realpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov “qafqazinfo”ya bildirib.
O, vurğulayıb ki, saat 14:11-də bir nəfər əşyası düşdüyü üçün gözlənilməz halda relslərin üzərinə tullanıb:
“Bakı Metropoliteninin qaydalarına görə, bu kimi hallar yolverilməzdir.
Bu səbəbdən də həmin şəxs hüquq mühafizə orqanlarına təhvil verilib. Vəziyyəti yaxşıdır”.
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olunub.
Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.