“Volk Qədir” kimi tanınan narkotacir tutulub - VİDEO

“Volk Qədir” kimi tanınan narkotacir tutulub - VİDEO
17 Okt 2019 15:40

Xaçmazda narkotacirlər saxlanılıb.

Realpress.az istinadla bildirir ki,Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba Regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanusuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayonunun Ləcət kənd sakini, 47 yaşlı Əbülfət Həsənov kənd ərazisində yerləşən meşəlik ərazidə saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə şəxsi axtarış zamanı onun əlindəki kisədən iki sellofan bükümdə, ümumi çəkisi 1 kiloqram 330 qram olan qurudulmuş marixuana aşkarlanıb.

Polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Volk Qədir” kimi tanınan rayonun Pərdiqran kənd sakini, əvvəllər məhkum olunmuş, 57 yaşlı Qədir Əlimərdanov da saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı oradan şüşə bankalarda saxlanılan, ümumi çəkisi 3 kiloqram 675 qram olan qurudulmuş marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Q.Əlimərdanov narkotik vasitələrin ona məxsus olduğunu, həmin çətənə kollarını kultivasiya yolu ilə kəndin yaxınlığındakı meşəlik ərazdə yetişdirdiyini etiraf edib.

Qeyd olunan faktlarla bağlı cinayət işləri qaldırılıb, araşdırmalar aparılır.


26 Apr 2024
Cəmiyyət

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO

Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən “Dalğa-2024” birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb.

26 Apr 2024
Cəmiyyət

Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

26 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

26 Apr 2024
Cəmiyyət

Daha 140 nəfər doğma Füzuli şəhərinə qayıdır - FOTO/VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.