Hacı Zeynalabdin Tağıyevin heykəli belə hazırlanır - VİDEO

Hacı Zeynalabdin Tağıyevin heykəli belə hazırlanır - VİDEO
18 Okt 2019 15:42

Xəbər verdiyimiz kimi, məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin "İçərişəhər" metro stansiyası qarşısında heykəli qoyulacaq. Heykəlin hazırlanması ilə bağlı layihənin qalibi Xalq rəssamı Xanlar Əhmədovdur.

Realpress.az xəbər verir ki, qafqazinfo rəssamın emalatxanasına baş çəkib heykəlin hazırlanması prosesinin nə yerdə olması ilə maraqlanıb.

X. Əhmədov bizimlə söhbətində bildirdi ki, müsabiqənin yekunlarından sonra Heydər Əliyev Fondunda görüş keçirilib: "Heykəl üzərindəki işlər istiqamətində müzakirələr oldu. Heykəl hazırlanması prosesi belədir ki, əvvəlcə eskiz işlənilir. Bundan sonra 1 metrlik model hazırlanır. Hazırda modeldə son tamamlama işləri gedir.

Bu heykəldə Tağıyevin medalları, ordenləri həqiqi mənada öz ölçülərində yerini tapacaq. Bunun üçün mən Tarix Muzeyinə müraciət etdim. Muzeydə mənə çox nəfis bir kitab bağışladılar. Onun bütün medal və ordenlərinin ölçülərini, mənalarını, geyimini xırdalığına qədər öyrəndim". 

X. Əhmədov gördüyü işin böyük zəhmətlə ərsəyə gəldiyini vurğulayıb: "Üzdən baxanda çox sadə görünür. Ancaq gərgin iş hesabına başa gəlir. Konkret iş qrafikim yoxdur. Elə olur ki, gecə saat  3-ə qədər də işləyirəm. Səhər saat 5-dən də durub bu işlə məşğul ola bilirəm". 

H.Z.Tağıyevin heykəlinin rəssamın yaradıcılığında kulminasiya nöqtəsi ola biləcəyi ilə bağlı məsələyə gəlincə isə o bildirib ki, bu heykələ münasibət tamam başqadır: "Uzun müddətdir xeyriyyəçi, mesenat Tağıyevə heykəl qoyulması barədə söhbətlər gedib.  Sağ olsun, Prezidentimiz təklifi o saat qəbul etdi. Üstündən 1-2 ay keçməmiş müsabiqə elan etdi. Müsabiqədə 26 əsərlə heykəltəraşlar çıxış etmişdilər. Bu böyük maraqdan irəli gəlirdi. Mən bir heykəltəraş kimi tam dəqiqliklə deyə bilərəm ki, iştirakçıların hamısı müsabiqəni udmaq fikrində idilər. Qismət belə gətirdi ki, layihəni mən uddum. Bu çox böyük, mənalı bir işdir. Bu əsər əsrlərlə qalacaq".


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.