“Formula 1”in Bakı konsertləri açıq havada keçiriləcək

“Formula 1”in Bakı konsertləri açıq havada keçiriləcək
22 Okt 2019 16:31


“Formula 1” Azərbaycan Qran-Prisi ilə bağlı 2020-ci ilin 5-7 iyununda baş tutacaq konsert proqramları qapalı məkanda keçirilməyəcək.

realpress.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib:

“Üç günlük konsert proqramımız açıq havada keçiriləcək”.

Qeyd edək ki, son iki ildə “Formula 1” Azərbaycan Qran-Prisinin konsertləri “Bakı Kristal Zalı”nda keçirilirdi.

Daha sonra o, yeni sponsorla bağlı danışıqlardan bəhs edib: “SOCAR-la anlaşmamız bir illik idi. Onlarla müqaviləmiz başa çatıb. Sentyabrdan yeni titul sponsoru üçün şirkətlərlə danışıqlara başlamışıq. Builki Qran-Pri üçün sponsorumuz ola da bilər, olmaya da”.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.