Bu xəstəliyə tutulan 3 nəfərdən 1-i ölür - Özümüzü necə qoruyaq?

Bu xəstəliyə tutulan 3 nəfərdən 1-i ölür - Özümüzü necə qoruyaq?
29 Okt 2019 12:56

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hər il oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd edilir.

Bu təşkilatın məlumatına görə, hər il yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və bunların 7 milyonu ölümlə nəticələnir. Məhz buna görə də insultla mübarizə gününün keçirilməsi maarifləndirici tədbir kimi zəruridir.

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, adətən bu xəstəliyə tutulanların üçdə biri ölür, qalanları isə əlilə çevrilir:

“Amma insultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Damarların tutulması baş verən işemik insultdan sonra insanlar salamat qalsa da, əlilə çevrilir. Əsas məsələ xəstəyə ilk 3-4 saat ərzində yardım göstərməkdir.

Çoxları insult olduqlarını bilmədikləri üçün ölürlər. İnsult simptomları çox sadədir: insult olan insan anlaqsız danışır, güləndə ağız küncləri aşağı düşür, koordinasiyası pozulur, ətraflarından biri zəifləyir. Bu, təcili yardım çağırmaq üçün yetərlidir.

İnsult riskinin olub-olmadığını öyrənmək üçün mürəkkəb tədqiqatlar lazım deyil. Sadəcə yuxu arteriyalarının ultrasəs müayinəsini aparmaq, təzyiqi nəzarətdə saxlamaq, normal qidalanmaq və siqaretdən uzaq durmaq lazımdır. Üç əsas şey - hipertoniya, yüksək xolesterin və bədənin artıq çəkisi risk amilini artırır”.

Həkimlərin qənaətinə görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir: “İnsult keçirənlərin sayı 55 yaşdan sonra iki dəfə artır. Lakin onu da qeyd edək ki, səhhətinə biganə qalmayan hər bir insan üçün bu xəstəlikdən qorunmaq asandır. Zərərli vərdişlərdən uzaq olan, düzgün qidalanan, sağlam həyat tərzi keçirən, siqaret və içkidən uzaq olanların insult keçirmək riski, demək olar ki, sıfıra bərabərdir. Vaxtlı-vaxtında həkim müayinələrindən keçmək də vacib şərtlərdəndir. Mütəmadi açıq havada gəzmək, orta sürətlə gündə heç olmasa yarım saat yerimək nəinki insult riskini azaldır, həmçinin insanın əmək qabiliyyətini artırır.

Mütəxəssislər belə hesab edirlər ki, yarmalar, meyvələr və balıq insult riskini 30 faiz azaldır”.



11 Noy 2019
Səhiyyə - Sağlamlıq

Beynin qan dövranını yaxşılaşdırmaq üçün 4 ÜSUL

Əgər bir gün bir anda beyinə kifayət qədər qan getməzsə nə olacağını bilirsinizmi?

9 Noy 2019
Səhiyyə - Sağlamlıq

Bu müayinə ilə xərçəngin qarşısını vaxtında almaq olar - Onkoloq danışır

Bəzi xəstəliklərin müalicəsi olduqca çətindir, məsələn, onkoloji xəstəliklər kimi. Bu xəstəliyin adı belə insanları qorxuya salır. Xərçəng çox zaman insanın ölümünə də səbəb olur. Onkoloji xəstəliklərin erkən mərhələdə aşkar edilməsi, müalicənin uğurlu olması baxımından da əhəmiyyətlidir. Hazırda xərçəngə qarşı önləyici tədbir kimi skrinninq proqramlar hazırlanıb.

9 Noy 2019
Səhiyyə - Sağlamlıq

Adi soyuqdəymə ilə səhv salınan 4 TƏHLÜKƏLİ XƏSTƏLİK

Soyuqdəymənin əsas simptomlarını hamı bilir: hərarətin yüksəlməsi, zəiflik, üşümə, baş, əzələ ağrıları, boğaz ağrısı.

8 Noy 2019
Səhiyyə - Sağlamlıq

Hamiləlik zamanı venoz problemlər və onların həlli

Hamiləlik qadın orqanizmində dərin dəyişikliklərlə müşahidə olunur. Hamiləlik zamanı ilk əlamətlərindən biri çanaq və aşağı ətraf venalarında ağırlıq yükünün artmasıdır. Buna görə də bir çox hamilələrdə venaların varikoz genişlənməsi baş verir, hansi ki, bəzən doğuşdan sonra keçib gedə bilir.