Deputat məmurlara səsləndi: “Biznes qurmaq istəyirsənsə, istefa ver” - VİDEO

Deputat məmurlara səsləndi: “Biznes qurmaq istəyirsənsə, istefa ver” - VİDEO
29 Okt 2019 17:30


Nə qədər ki, “məmur-oliqarx-biznes” söhbəti var, Azərbaycanda inhisarçılıq ləğv olunan deyil.

Realpress.az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “İctimai” televiziyada yayımlanan “Diqqət Mərkəzi-Yekun” verilişində deyib.

Deputat bizneslə məşğul olan məmurlar barədə danışıb.

“Əgər sən məmursansa, icra hakimiyyəti orqanında işləməlisən və ancaq maaş hesabına dolanmalısan. Əgər bizneslə məşğul olmaq istəyirsənsə, o zaman istefa ver və get biznesə”, - deyə V.Əhmədov əlavə edib.

V.Əhmədov bildirib ki, Milli Məclis 17 ildir Rəqabət Məcəlləsini qəbul edib başa çatdıra bilmir.

Deputat məmurların gəlir deklarasiyası verməsinin vacibliyini də toxunub. V.Əhmədov əlavə edib ki, məmurların çoxu öz biznesini dövlət pulları hesabına qurublar.

“Prezident Nazirlər Kabinetinə göstəriş verib ki, normativ sənəd hazırlansın... Amma 10 ildir ki, müvafiq normativ sənədlər hazırlanmır. Heç bir məmur öz gəlirləri barədə bəyannamə dərc eləmir. Çünki bu bəyannamə ortaya çıxsa, məmurdan soruşarlar: Sən öz biznesin üçün bu qədər pulu haradan almısan?

İndi tutaq ki, bunlar qazanıblar. Bu insanlar onsuz da bu pulu qazanıblar, onları geri almaq mümkün deyil. Biz deyirik ki, gəlin maliyyə amnistisiyası verilməlidir ki, onlar həmin vəsaitin bir hissəsini Azərbaycanda investisiya qoysunlar”.

 Komitə üzvü deyib ki, ona görə də bəyannamələr haqda məsələ həllini tapmalıdır.

“Kim desə ki, Azərbaycanda inhisarçılıq yoxdur, onlar haqlı deyil. Biz sahibkarlardan yüzlərlə müraciət alırıq. Onlar bazara çıxış əldə edə bilmirlər. Ən sadə misal gətirirəm. Topdansatış bazaları var və onlara məmur-oliqarxlar nəzarət edir.

Sahibkarları məcbur edirlər ki, malları ancaq bu bazarlardan alsınlar. Onlar kəndə gedib məhsulu birbaşa kəndlidən ala bilmir. Əgər fermer öz məhsulunu bazara birbaşa çıxara bilsə, o zaman qiymətlər xeyli aşağı düşər”.


3 İyun 2020
İqtisadiyyat

İyunun 4-də dolların manata qarşı məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb.

3 İyun 2020
İqtisadiyyat

Neftin qiyməti 40 dolları keçdi

Londonun İCE birjasında “Brent” markalı neftin 2020-ci ilin avqust ayına olan fyuçersləri əvvəlki sessiyanın yekununa nisbətdə 1,31% artaraq, Bakı vaxtı ilə 04:56-da bir barel üçün 40,09 dollara qalxıb.

3 İyun 2020
İqtisadiyyat

Neft sektorunda artım tempi ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də iqtisadi artımın sürətlənməsində aparıcı rol qeyri-neft sektoruna məxsus olub.

2 İyun 2020
İqtisadiyyat

“Brent” neftinin qiyməti 39 dolları ötdü

OPEC+ ölkələrinin nazirlərinin görüşünün yaxınlaşması və saziş çərçivəsində hasilatın indiki səviyyədə azaldılmasının sentyabr ayının 1-dək uzadılması barədə xəbərlər neftin qiymətini artırmaqda davam edir

1 İyun 2020
İqtisadiyyat

Baş bankir istehlak kreditlərindəki azalmadan danışdı

“İlin əvvəlindən verilən istehlak kreditlərində 4,6 faiz azalma müşahidə edilib. Bu, əhalinin kredit götürmə qabiliyyətinin azalması ilə əlaqəli ola bilər”.