Xarkovda iki azərbaycanlı arasında atışma ilə nəticələnən qarşıdurma baş verib. Hadisə noyabrın 5-də Xarkovda “Studentkaya” metrostansiyasının yaxınlığındakı idman klubunun yanında baş verib.
realpress.az xəbər verir ki, azərbaycanlılardan biri, 30 yaşlı zərərçəkən hazırda xəstəxanadadır. 36 yaşlı digər şəxs isə polis tərəfindən axtarılır.
Zərərçəkən qarın, qol və ayaqlarından xəsarət alıb, vəziyyəti ağırdır. Atışma zamanı “Mitsubishi” markalı avtomobil də atəşə tutulub.
Hadisə yerinə gələn polis şahidlərdən 14 nəfəri istintaqa cəlb etsə də, onlar hazırda sərbəst buraxılıb. Cinayətkar isə hələ də azadlıqdadır və axtarılır.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.
Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.