Onurğa implantı əməliyyatı nədir və nə zaman tətbiq olunur?

Onurğa implantı əməliyyatı nədir və nə zaman tətbiq olunur?
08 Noy 2019 09:27

1. Onurğa implantı əməliyyatları kimlərə tətbiq edilir?

Onurğa qırıqları, bel sürüşməsi, şiş və ya infeksiya səbəbi ilə yaranan onurğa çökmələri, deformasiyalar və ya dar kanal səbəbi ilə əməliyyatla çox sümük çıxardılmışsa onurğaya dəstək vermək üçün aparılır.

2. Onurğa sütunu implantın bədənə zərərlidirmi? MRT çəkdirən zaman problem yaradırmı?

 

El arasında implanta "platin" deyilən, əslində titan ağırlıqlı, bədəndə heç yan təsir yaratmayan və bir ömür boyu qala bilən materiallar istifadə edilir və bunlar MRT-yə uyğundur. Ağırlıqları 100-150 qramı keçmir.

3. İnsanlar implant əməliyyatlarından nəyə görə çəkinirlər?

Çünki onlar yaxşı mütəxəssis tərəfindən əməliyyat edilmədikləri halda ciddi fəsadlarla üzləşə bilərlər. Vertebraya göndərilən hər vida şaquli və üfüqi planlarda müəyyənləşdirilmiş bucaqlara malikdir. Bu bucaqlara əməl olunmazsa sinir toxuması zədələnə bilər və xəstə girdiyindən pis bir nevroloji tabloyla, yəni ifliclə çıxa bilər. Bu əməliyyatlar mütləq mütəxəssislər tərəfindən edilməlidir.

4. Bu əməliyyatları kim həyata keçirir?

Bu beyin və sinir cərrahlarının işidir. Ortopedlərdən də edənlər var, lakin ortopedlər skolioz cərrahiyyəsinə üstünlük verirlər.

5. Əməliyyat neçə saat çəkir, xəstə neçə gündə ayağa qalxır?

3-4 saatlıq əməliyyatdır. Onurğasına arxadan implant yerləşdirilənlər növbəti gün yeriyir. 1 həftədən sonra rahat gəzməyə başlayır. Yan tərəfdən açılıb onurğanın ön tərəfinə implant taxılmışsa (bu daha çətindir, anterior yanaşma deyilir) 4-5 gündə yeriyir və 10 gündən sonra rahat gəzməyə başlayır. Çünki sağ və sol tərəfində ilk 3 gün drenajı olacaqdır.

6. Bu əməliyyatlarla tamamilə normal həyatına qayıda bilərmi?

Bu xəstələrdən futbol oynamalarını gözləmirik, ancaq onlar istəsələr qaça bilər, əyilə bilər və tullana bilərlər. Başqa sözlə, hərəkətlər heç vaxt məhdudlaşdırılmır. Hətta əvvəlkindən daha sağlam olurlar.

7. İmplant çıxardılırmı?

Çıxarmağa ehtiyac yoxdur. Çünki bədənə zərəri yoxdur. Əgər çubuqlardan biri təsadüfən sınarsa və sınmış çubuq əzələyə batıb ağrı verərsə, çıxarıla bilər. Vidanın qırılması vida boynunda ola bilər, zərərli deyil.

Düşünüldüyündən əksinə, sümük hissədədir, sinirdən uzaqdır. Onsuz qaynama olubsa yerində də saxlamaq lazımdır. Sınıq ilk 3 ay ərzində yaranıbsa sistemdəki roluna görə sərbəst buraxılır və ya dəyişdirilir.

İmplant taxmada əsas məqsəd qırıq və ya çökmüş fəqərəyə qoyulan sümük qaynayana qədər onurğanı daşımaq, ona mexaniki dəstək olmaqdır. Bir dəfə qaynama olduqdan sonra onsuz yük sümüyə düşəcək və implant orda dəstək olaraq qalacaq.

8. İflic olmuş xəstə, hətta 4 il sonra təkrar tanrspedikular implant əməliyyatı etməyi düşünürmüsünüz? Bu kömək edirmi?

Əgər MRT görünüşlərində onurğa beyni və sinirləri sıxan hələdə əhəmiyyətli miqdarda sümük toxuması varsa qətiliklə düşünərəm, çünki bu sümüklər qaldırıldıqdan sonra təzyiq qalxacağı üçün xəstənin yaxşılaşma müddəti sürətlənəcək. Bu xəstələrə dar kanal xəstəsi kimi davranılmalıdır. Buradakı əməliyyatlar ölü liflər üçün nəzərdə tutulmamışdır. Tıxanma səbəbiylə hələ də ölü olmayan ümüd vəd edən , lakin kənarda qalmış sinirləri azad etmək məqsədi daşıyır.

9. Əməliyyatdan qorxan xəstələrə nə tövsiyyə edirsiniz?

Əməliyyat olmamaqla zamanla alacağınız risk, bizim əməliyyatla sizə verəcəyimiz riskdən daha çoxdur.

Realpress.az



18 Noy 2019
Maraqlı

Səudiyyə Ərəbistanı qara təslim oldu - VİDEO

Səudiyyə Ərəbistanının şimalındakı Əl Cevf bölgəsində yağan qar ərtafı ağ örpəyə bürüyüb.

18 Noy 2019
Maraqlı

20 il torpaqla qidalanan insan

Hindistanın Andxra-Pradeş ştatının sakini Nukala Koteşvara Raonın 28 yaşı olanda belə bir qeyri-adi formalı qida yeməyə aludə olub.

18 Noy 2019
Maraqlı

“Nu, poqodi!”nin davamı çəkilir

"Nu, poqodi!" cizgi filminin davamı çəkiləcək.

18 Noy 2019
Maraqlı

İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib

Rusiyada iki azərbaycanlı bu ölkənin Elmlər Akademiyasının müxbir üzvü seçilib.

18 Noy 2019
Maraqlı

97 yaşlı Böyük Vətən Müharibəsi veteranı “İnstagram”da bloq açdı

97 yaşlı Böyük Vətən Müharibəsi veteranı “İnstagram”da bloq açdı