Bakı Avtovağzalında yeni xidmət - 3 saatı 1 AZN - QİYMƏTLƏR

Bakı Avtovağzalında yeni xidmət - 3 saatı 1 AZN - QİYMƏTLƏR
08 Noy 2019 12:31

Sərnişinlərin nəzərinə, Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları yenilənərək istifadəyə verildi.

Realpress.az xəbər verir ki, saxlama kameraları həftənin 7 ( yeddi) günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir.

Saxlama kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər:

• 0-3 saat --- 1 AZN
• 3-6 saat --- 2 AzN
• 6-9 saat --- 3 AZN
• 9-12 saat --- 4 AZN
• 24 saat ---- 5 AZN


Ödəniş predmetin (yükün) sayından asılı olmayaraq ayrılan dolab sayına görə müəyyən olunur.

Yüklərin təhvili və eyni zamanda təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir!

Saxlama kameralarına təhvil verilən yüklərin tərkibinə görə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məsuliyyət daşımır!

Saxlama kameralarına, tezalışan, partlayan, zəhərləyici, tez xarab olan, ətrafı çirkləndirən yüklərin qoyulması qəti qadağandır!

Saxlama kameralarından istifadə edən sərnişinlərin nəzərinə!

Yüklərin dolabda saxlanılma saatından asılı olmayaraq, gecə yarısından sonra (00:00-dan sonra) 1( bir) gün kimi hesablanır.

Sərnişin yükü təqdim etdikdən sonra ona nömrə (jeton) təqdim olunur.

Diqqət! Nömrənin (Jetonun) itirilməsinə görə 5 AZN məbləğində cərimə tətbiq olunur!


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.