Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin perspektiv inkişaf planını təsdiqləyib.
Realpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.
Onun sözlərinə görə, plana əsasən, ilkin mərhələdə bu stansiyaların sayı 76-ya çatdırılacaq:
“Şəhərimizdə yerləşən bütün ərazilərdə vətəndaşların metropolitendən istifadə etməsi üçün stansiyaların tikilməsi nəzərdə tutulub. Bildiyiniz kimi, Bakı şəhərinin baş planı hazırlanır. Həmin Baş plana əsasən, paytaxtın bütün ərazilərinin metro stansiyaları ilə təmin edilməsi məqsədilə stansiyaların genişləndirilməsi və sayının çoxaldılması məsələsinə baxılır”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.