Azərbaycanlı uşaqların Qarabağ qazisi ilə VİDEOsu yayıldı

Azərbaycanlı uşaqların Qarabağ qazisi ilə VİDEOsu yayıldı
08 Noy 2019 15:55

Vətənpərvər videolar hazırlamaqla Azərbaycanda məşhurlaşan Turxan, Nərgiz, Camal Museyibovların növbəti layihəsi 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gününə həsr olunub.

Realpress.az xəbər verir ki, onlar bu videoda Qarabağ qazisi, 2015-ci ilin oktyabrında döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirmiş Kamil Musavi ilə birlikdə çəkiliblər. Şəhidlər Xiyabanında çəkilən videoda Vətənə, bayrağa sevgidən bəhs olunur. Sosial şəbəkədə paylaşılan video hər kəs tərəfindən maraqla qarşılanıb. 

Extreme Film LLC-nin layihəsi olan videonun idea müəllifi Tural Müseyibov, rejissoru Emin Əhmədov, redaktoru Sevinc İsagəndərovadır. 

Xatırladaq ki, Turxan, Nərgiz, Camal Museyibovlar keçmiş xəbər aparıcısı, hazırda Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovun övladlarıdır.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.