İlk “NASA” elektrik təyyarəsi təqdim edilib

İlk “NASA” elektrik təyyarəsi təqdim edilib
12 Noy 2019 10:41

ABŞ Kosmik Agentliyi (NASA) 2015-ci ildən üzərində çalışdığı “Maxwell” adlı ilk elektrik təyyarəni nümayiş etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Gazeta” resursuna istinadən yazır ki, məlumata görə, ilk sınaq uçuşu təxminən bir ildən sonra keçiriləcək “Maxwell” agentliyi tərəfindən iyirmi il ərzində hazırlanan ilk pilotlu təyyarə olacaq.

 

“NASA”, həmçinin mühəndis və pilotlara “X-57 Maxwell” təyyarəsinin hazır versiyasının uçuşda necə manevrlər edəcəyini hiss etməyə imkan verən simulyator təqdim edib.

 

Təyyarənin sonuncu modifikasiyası ümumilikdə 14 elektrik mühərriklə təchiz edilən daha nazik və yüngül qanadlara malik olacaq.

 

Qeyd olunur ki, batareya məhdudiyyətlərinə görə təyyarə qısa reyslərdə hava taksisi və ya az sayda sərnişin üçün şəhərətrafı təyyarə kimi istifadə ediləcək.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.