Sürücülərin diqqətinə! Bunu etməsəniz 40-60 AZN cərimələnəcəksiz- VİDEO

Sürücülərin diqqətinə! Bunu etməsəniz 40-60 AZN cərimələnəcəksiz- VİDEO
12 Noy 2019 15:50

Təxminən 10 il öncə avtomobillərdə dönmə işığı icad edilib və patentləşdirilib. 1914-cü ildən isə bu işıqlar mexaniki oxlar vasitəsi ilə təhciz olundu. Üzərindən 100-dən çox il keçməsinə baxmayaraq hələ də küçələrimizdə bu işıqlardan istifadə etməyən sürücülərə rast gəlirik.

Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.

Bəlkə də, elə  sürücülər də var ki, avtomobildə belə bir funksiyanın olmasından xəbərsizdir. "Vəsiqə var, maşın da həmçinin, çıxdın yola, sür" kimi düşüncəyə sahib sükan döndərənlər də kifayət qədərdir. Dönmə işığından istifadə ilə manevr etmək hərəkətin təhlükəsizliyi üçün vacib olan amillərdən hesab edilir.

Elməddin Muradlı Ekspert: "Bu əlifbadı. Əgər biz əlifbaya bu cür yanaşırıqsa, deməli, digər qaydalarda da bizim üzləşdiyimiz problemlər də çoxdur. Qaydalar belədir ki, biz hətta zolağı dəyişəndə də, sağa-sola dönəndə də, hərəkətə başlayanda da, dayananda da, mütləq bu siqnallardan istifadə etməliyik.

Amma bəzən elə vəziyyət yaranır ki, hərəkət də iflic olur. Qəzadan da yayınmaq müşkilə çevrilir. Problem təkcə iri şəhərlərdə deyil. Rayonlarda və magistral yolların keçdiyi yaşayış sahələrində bu elementar siqnaldan istifadə etməmək ağır qəzalara səbəb olur.

Elməddin Muradlı Ekspert: "Dönmə yerinə çatanda bu adam hərəkət edir. Adam sağa dönməlidir, amma soldakı 3-cü zolaqdan manevr edir. Bu artıq intihar etməkdir.

Qeyd edək ki, dönmə işığından istifadə etməməyə görə, 40 manat, əks istiqamətli hərəkət zolağına çıxma zamanı ötmədən əvvəl edilmədikdə 60 manat və 3 cərimə balı nəzərdə tutulur.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.