Bu ünvandakı sakinlər kirayə evlərə çıxarılacaq - VİDEO

Bu ünvandakı sakinlər kirayə evlərə çıxarılacaq - VİDEO
13 Noy 2019 09:30

Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 ünvanında yerləşən yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsi noyabrın 11-də çöküb. 

Realpress.az ATV-yə istinadla xəbər verir ki, yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin heç birinə hadisə nəticəsində maddi ziyan dəyməyib.

Yataqxana binasının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, 17 məcburi köçkün ailəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə yeni mənzillərə köçürüləcək. 

Binada yaşayan və məcburi köçkün olmayan digər ailələr isə kirayə evlərə çıxarılacaq.

Nərimanov rayon İcra Hakimiyyətindən bildirilir ki, qəzalı binanın yerində çoxmərtəbəli bina tikiləcək. Həmin sakinlərə də bu binadan mənzil veriləcək.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.