Əhaliyə şad xəbər: İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - ÖZƏL

Əhaliyə şad xəbər: İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - ÖZƏL
14 Noy 2019 17:28


“İstilik Enerjisinin İstifadə Qaydaları” haqqında sənəd Nazirlər Kabinetinə təqdim edilib və orada baxılaraq, rəy və təkliflərin verilməsi üçün aidiyyəti qurumlara göndərilib.

Bunu realpress.az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, qaydalar ilkin razılaşdırma mərhələsindən keçib:

“Hazırlanan qaydalar qurumlarla sonuncu razılaşdırma mərhələsindədir. Bu sənəd İqtisadiyyat, Maliyyə, Ədliyyə Nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “Azəristiliktəchizat” ASC-nin rəhərlikləri imzalayandan sonra Nazirlər Kabinetinə təqdim ediləcək”.

İ.Mirzəliyeva qeyd edib ki, “İstilik Enerjisinin İstifadə Qaydaları” vacib və mükəmməl sənəddir:

“Bütün münasibətlər bu qaydalarla tənzimlənəcək. Burada temperaturun rejimi, pis istilik verilsə, onun haqqı necə ödənilməli, texniki şərtin alınması, istiliyin dəyəri, şikayətlərin bildirilməsi və sair məsələlər o qaydalarda tam olaraq öz əksini tapacaq”.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.