Toyunda kütləvi zəhərlənmə olan bəy danışdı: “Həyat yoldaşımın vəziyyəti pisdir”

Toyunda kütləvi zəhərlənmə olan bəy danışdı: “Həyat yoldaşımın vəziyyəti pisdir”
18 Noy 2019 14:51


Bakıda “Şahənşah” restoranında baş vermiş zəhərlənmə ilə bağlı bəzi təfərrüat məlum olub 

Toyu olan Elvin Şəmsəddin oğlu Məhəmmədov realpress.az-a bildirib ki, toyda 50 nəfərə yaxın adam zəhərlənib:

“Toydan sonra bizimlə əlaqə saxlayan qohumlar özlərini yaxşı hiss etmədiklərini bildirdilər. Daha sonra xəstəxanada olduqlarını eşitdik. Hamısının da qidadan zəhərləndikləri deyilir. Toydan sonra həyat yoldaşımın, mənim və ailə üzvlərimin də vəziyyəti çox ağırdır. Həyat yoldaşım hələ də özünə gəlməyib.”

E.Məhəmmədov onu da bildirib ki, qohumlardan hələ də xəstəxanada yatanlar var: 

“Ən çox uşaqlara görə narahat olmuşuq. Dörd yaşlı qızın vəziyyəti daha ağır olub. Dostlarım da özlərini pis hiss edir. Restorandan bizə deyirlər ki, “bizdə qidadan zəhərlənmə ola bilməz.” Gəlinin anası və bacısı hələ də qızdırma içindədir. Qohumlarım üçün çox narahatam.”

Qeyd edək ki, toy noyarın 13-ü “Şahənşah” şadlıq sarayında keçirilib. Toydan sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Zəhərlənənlər arasında uşaqlar da olub.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.