BDU-nun yataqxanasında zəhərlənənlərin adları bilindi - YENİLƏNİB

BDU-nun yataqxanasında zəhərlənənlərin adları bilindi - YENİLƏNİB
21 Noy 2019 14:45


Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənənlərin adları bəlli olub.

Realpress.az xəbərinə görə, bu barədə onları xəstəxanaya gətirən şəxs məlumat verib.

Bildirilib ki, bunlar Dilrubə, 1998-ci il təvəllüdlü İbadova Həmidə adlı qızlardır. Ölən gəncin adı hələlik bəlli deyil. 

Toksikoloq Azər Maqsudov bildirib ki, gətirilən qızların vəziyyətləri kritikdir: 

“Hazırda onlar ciddi həkim nəzarətində saxlanılır. Vəziyyətlərində irəliləyiş yoxdur. Zəhərlənmənin nədən baş verdiyi bəlli deyil”.

14:05

Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən realpress.az-a verilən məlumata görə, hadisə barədə Təcili Tibbi Yardıma müraciət saat 12:35-də daxil olub. 

Həkimlər qeyd edilən ünvana çatdıqda otaqda huşsuz vəziyyətdə üç tələbə qızı aşkarlayıblar. 

Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib.

Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Vəziyyəti kritik olan qızların yaşlarının təxminən 20-22 arası olduğu bildirilib. Onların müalicələri davam edir.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.