Məşhur boksçu: Azərbaycan idmançısına məğlubiyyət məni daha çox incidib - VİDEO

Məşhur boksçu: Azərbaycan idmançısına məğlubiyyət məni daha çox incidib - VİDEO
22 Noy 2019 13:29


Karyeramda Azərbaycanda aldığım məğlubiyyət məni daha çox incidib.

Realpress.az xəbər verir ki, bunu ingiltərəli məşhur peşəkar boksçu Entoni Coşua deyib.

Dekabrın 7-də Səudiyyə Ərəbistanının Diriyə şəhərində WBA (Super), IBF, WBO və IBO təşkilatlarının birgə dünya kəməri uğrunda görüş olacaq. Bu ilin iyunun 1-də Nyu-Yorkda amerikalı boksçu Endi Ruisə yeddinci raundda uduzmuş Coşua bu dəfə kəməri qaytarmaq üçün 12 raundluq revanş görüşünə çıxacaq.

Lakin 30 yaşlı Coşua iyunda Ruisdən aldığı məğlubiyyətin (keçirdiyi 23 peşəkar boks döyüşündə ilk yenilgisi olub – S.M.) ona o qədər də çox təsir etmədiyini bildirib. O qeyd edib ki, 2011-ci ildə Bakıda keçirilən həvəskar boks üzrə dünya çempionatının finalında Azərbaycan təmsilçisi Məhəmmədrəsul Məcidova uduzması ona daha çox təsir edib:

“Niyə Nyu-Yorkda uduzduğumu bilmirəm. Ancaq Azərbaycandakı məğlubiyyət mənə daha çox təsir edib. Ruisi isə mən dekabrda məğlub edəcəyəm”. 

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov ilk dünya çempionluğunu məhz Entoni Coşua üzərində çaldığı qələbə ilə qazanıb. O, hakimlərin qərarına əsasən 22:21 hesabı ilə qalib elan olunub. Azərbaycan Prezidenti İlham Əliyev qızıl medalı şəxsən Məcidovun boynundan asıb.

Yeri gəlmişkən, daha əvvəl qeyd etdiyimiz kimi, Endi Ruis – Entoni Coşua döyüş gecəsində həvəskar boks üzrə Olimpiya mükafatçımız, üçqat dünya və Avropa çempionumuz Məhəmmədrəsul Məcidovun da ikinci görüşünə çıxacağı gözlənilir. O, ingiltərəli Tom Litlla məhz Diriyə Arenasında qarşılaşacaq.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.