Bağırsaq xərçəngindən qorunmaq üçün 5 üsul

Bağırsaq xərçəngindən qorunmaq üçün 5 üsul
25 Noy 2019 09:32

Hər il dünyada 250 000 insanda bağırsaq xərçəngi diaqnozu qoyulur. Daha çox 50 yaşdan yuxarı insanlarda, əksərən də kişilərdə rastlanır. Getdikcə bağırsaq xərçənginin geniş yayılması proqnoz olunur. Bəs necə edək ki, bağırsaq xərçənginin qarşısını alaq.

Realpress.az medicina.az-a istinadən bağırsaq xərçəngini yaradan faktorlardan uzaq durmaq üçün alimlərin məsləhət gördüyü üsulları təqdim edir:

1.Bacardıqca çox hərəkət

Bağırsaq xərçənginin əsas səbəbi oturaq həyat tərzi, hərəkətsizlikdir. Ofis işində çalışanlar, sürücülər imkan tapan kimi çox gəzməlidir, gəzmək alınmırsa heç olmasa ayaq üstə durun. İş yerində gimnastika edin.

Oturduqda qarın boşluğundakı orqanlara qan dövr etmir, iltihabi proseslər artır. Hər gün 8-10.000 addım prinsipinə də əməl edin

2. Günəşdə çox olun

Sübut olunub ki, D vitamini əskikliyi ilə bağırsaq xərçəngi arasında birbaşa əlaqə var. Ona görə D vitamini artırın, bunun bir yolu da günəş işığı almaqdır

3.Lifli qidalar çox yeyin

Tam taxıl və yarmalar, toxumlar, paxlalar, təzə tərəvəzlər hər gün qidanızda olmalıdır. Kolorektal xərçəngin olmaması üçün bağırsaq normal işləməli, divarları təmizlənməlidir. Yağda qızartma yemək, çörək, şirniyyat, kartof və içkilərlə siz heç nə əldə edə bilməyəcəksiz, xəstəlikdən başqa

4.Qəhvə için

Müntəzəm olaraq yaxşı qəhvə içmək bağırsaq xərçəngini 25% azaldır. Gündəlik norma 2-3 fincandır.

5.Çəkinizi tənzimləyin

Bədən kütləsi indeksi 27-dən yuxarı olanlar bağırsaqda polip, daha sonra isə xərçəngə meyilli olur. Çəkiniz yaş və boyunuza uyğun olmalıdır. Əgər normadan 10 kq artıqsınızsa, pəhriz və idmana keçin.

Eləcə də trans yağ, alkoqol və siqaretdən imtina etməlisiz. Uzun illər siqaret çəkənlər bağırsaq xərçənginə yaxınlaşır.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.