Astronavt zibili açıq kosmosa tulladı - VİDEO

Astronavt zibili açıq kosmosa tulladı - VİDEO
26 Noy 2019 08:57


Avropa Kosmik Agentliyinin astronavtı Luka Parmitano təmir zamanı çıxarılan bir detalı kosmosa atıb.

Baş verənlər Beynəlxalq Kosmik Stansiyanın bütün iş prosesinin qeydə alındığı kameralar tərəfindən yayımlanıb.

Bu barədə “Daily Mail” yazır.

NASA öz “İnstagram” hesabında həmin videonu yayımlayaraq, şərh edib:

"Bəzən artıq sizə xidmət etməyən şeyləri buraxmalısınız".

Qeyd edək ki, bu sözlər “Netflix” kanalında yayımlanan və evin təmizliyinə həsr olunmuş populyar televiziya şousunun bir az dəyişdirilmiş şüarıdır.

Atılan hissə - Beynəlxalq Kosmik Stansiyada 2011-ci ildən bəri işləyən maqnit alfa spektrometrinin qalxan yeridir. Cihaz hazırda təmirdədir.

O, kosmik şüaları fiksasiya edir, eyni zamanda qaranlıq materiya və antimateriya axtarır. Əvvəlcə spektrometrin üç il xidmət edəcəyi gözlənilirdi, lakin bu günə qədər fəaliyyət göstərməyə davam edib.

Bununla belə, son zamanlarda cihazdakı soyutma sisteminin yararsız hala düşdüyü və müvafiq avadanlıqların təcili dəyişilməli olduğu müəyyən edilib.

Kosmik agentlik onu da vurğulayıb ki, atılan detal orbitdə uzun müddət qalmayacaq – Yer onu özünə cəlb edəcək və o, atmosferin qalın qatlarında yanacaq.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.