Messi üçün tarixi gecə

Messi üçün tarixi gecə
26 Noy 2019 16:52

"Barselona"nın Dortmund "Borussiya"sı ilə keçirəcəyi Çempionlar Liqasının V tur matçı Argentina millisinin futbolçusu Lionel Messi üçün əlamətdar olacaq.

Realpress.az goal.az-a istinadən xəbər verir ki, meydana çıxacağı təqdirdə, bu, 32 yaşlı hücumçunun Kataloniya təmsilçisinin heyətində 700-cü oyunu kimi tarixə düşəcək. Messi klub tarixində belə nailiyyətə imza atan ikinci oyunçu sayılacaq. Ən çox oyunu komandanın sabiq yarımmüdafiəçisi Xavi Ernandes keçirib. Xavidə bu göstərici 767-dir.

"Barselona"nın yetirməsi olan Messi klub tarixinin ən yaxşı bombardiridir. O, 699 oyuna 612 qol vurub və 248 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Barselona" - "Borussiya" matçı sabah "Kamp Nou" stadionunda keçiriləcək.


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.