İnternet fırıldaqçılarının sayı artıb

İnternet fırıldaqçılarının sayı artıb
10 Dek 2019 10:57

"Kasperski laboratoriyası" şirkəti internetdə fırıldaqçıların fəallığının artmasını əks etdirən tədqiqatın nəticələrini açıqlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, şirkət 2018-ci ilin iyun-dekabrında istifadəçilərin fırıldaqçı resurslara keçmək üçün 2,7 milyon cəhdinin qarşısını alıb. Bir il sonra bu göstərici 36,7 milyonadək artıb. Ekspertlər tərəfindən hər ay istifadəçilərin aldadılması və onlardan pul alınması üçün yaradılan 2 minə yaxın sayt aşkarlanır.

 

İstifadəçilərə daha çox aksiyada iştirak və ya sorğudan keçmək üçün mükafat, sosial ödənişlər və s. vəd edilir. Lakin vəd edilmiş məbləğin alınması üçün istifadəçi "komissiya" və ya "təyin edilmiş pulu" ödəməli olur. Bu məbləğ adətən 3,15 dollar təşkil edir.

 

Son nəticədə istifadəçiyə pul ödənilmir, "komissiya" isə fırıldaqçıların cibinə gedir. Bundan əlavə, istifadəçi ödəniş zamanı ödəniş məlumatlarını daxil etdikdə onların təhlükəsizliyini riskə qoyur. "Komissiya" ödəmək xahişi dərhal yox, istifadəçi tərəfindən pulun necə idarə ediləcəyi bildirildiyi mərhələdə olunur.

 

2019-cu ildə fırıldaqçılar fəaliyyət dairəsini genişləndirib: indi onlar elektron poçtla yanaşı, sosial şəbəkələr, videoservis, bloq və s. istifadə edirlər.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.