Azərbaycan Ordusu yeni silahlarla təmin ediləcək

Azərbaycan Ordusu yeni silahlarla təmin ediləcək
30 Dek 2019 15:02


Müdafiə Sənayesi Nazirliyində 2019-cu ilin yekunlarına və qarşıda duran məsələlərə dair geniş müşavirə keçirilib.

Nazirlikdən verilən məlumata görə, cari il ərzində Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin istehsal və təsərrüfat fəaliyyətinin yekunları, 2020-ci ildə bu sahədə qarşıda duran vəzifələr müzakirə edilib.

Müdafiə Sənayesi naziri Mədət Quliyevin sədrliyi ilə keçirilən iclasda tabeçilikdə olan birlik və müəssisələrin 2019-cu il üzrə fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edildi. Qeyd olundu ki, Silahlı Qüvvələrin silah, sursat və digər müdafiə təyinatlı məhsullarla təmin edilməsinin vacibliyi nəzərə alınaraq cari ilin iyun ayında ölkə başçısı tərəfindən Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti bərpa olunub və Ali Baş Komandan İlham Əliyev tərəfindən verilmiş tövsiyyə və tapşırıqların həlli istiqamətində atılacaq addımlar müəyyənləşdirilib.

Bildirildi ki, ölkə başçısının bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məhsullar istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib.

Milli Ordunu yeni nəsil silah növləri ilə təmin etmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən yeni layihələrin reallaşdırılması istiqamətində məqsədyönlü işlərin davam etdirildiyi də diqqətə çatdırılıb.

Müşavirədə müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı ilə bağlı 2020-ci ildə qarşıda duran məsələlərə dair geniş müzakirələr aparılıb.

2 Apr 2020
Hərbi

Azərbaycan ordusunun Aprel qələbəsindən dörd il ötür

2016-cı il aprelin birindən ikisinə keçən gecə  Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı

1 Apr 2020
Hərbi

Ermənilər Qazaxda kəndləri atəşə tutdu

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

31 Mar 2020
Hərbi

Xidməti müddəti başa çatmış əsgərlər bu tarixdə ehtiyata buraxılacaq - RƏSMİ

Ölkə ərazasində koronavirus təhlükəsi ilə mübarizə çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar əsasında müxtəlif tədbirlər görülür.

31 Mar 2020
Hərbi

DSX: Ermənistana diversiyanın keçirilməsi barədə məlumat yalandır

Son aylar ərzində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şəraitinin kəskin gərginləşdirilməsi məqsədilə çoxsaylı təxribatlar törədilib

30 Mar 2020
Hərbi

Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO

 Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən, Xəzər dənizinin Azərbaycana aid sektorunda Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin iştirakı ilə taktiki təlim keçirilib.