Canlı yayımda general qardaşının ölüm xəbərini aldı - VİDEO

Canlı yayımda general qardaşının ölüm xəbərini aldı - VİDEO
15 Yan 2020 10:46


Canlı yayımda general qardaşının öldüyünü öyrənən aparıcı göz yaşlarını zorla saxlayıb. 

Lenta.ru-nun məlumatına görə, həmin anın görüntüləri barədə kadrlar sosial şəbəkələrdə yayımlanıb.

Bildirilir ki, İordaniyanın “Dijlah” telekanalında “Qərar sizindir” verilişinin canlı yayımı zamanı aparıcı Səhər Abbas Cəmil ölən iraqlı generalın qardaşı Tarik Abbas Cəmil olduğunu öyrənib. 

Jurnalist kədərli göründüyü üçün tamaşaçılardan üzr istəyib.

“Jurnalist işinin əsas prinsipi şəxsi həyatı peşə vəzifələrindən ayırmaq bacarığıdır, ancaq mənə böyük qardaşımın öldüyü barədə məlumat verildi”, - deyən aparıcı göz yaşlarını zorla saxladığını bildirib.

O, yayımın davam etdiriləcəyini və İraqda baş verən hər şeyi işıqlandıracaqlarını da vurğulayıb.

Aparıcının qardaşı İraq HHQ-nin pilotu olub. O, Bağdad yaxınlığında “Əl-Balad” bazasına hücum zamanı həlak olub.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.

26 Apr 2024
Dünya

Afinada yüzlərlə bomba aşkarlanıb - FOTO

Yunanıstanın paytaxtı Afinada keçmiş “Ellinikon” hava limanının yerində aparılan işlər zamanı İkinci Dünya Müharibəsindən qalmış yüzlərlə bomba aşkar edilib.