"Türk Hava Yolları"nın törəmə şirkəti olan "AnadoluJet" aviaşirkəti Bakıya birbaşa reys açacaq.
Realpress.az Trend-ə istinadən xəbər verir ki, şirkət İstanbulun Sabiha Gökçen hava limanından yeni beynəlxalq reyslər işə salacaq.
Qeyd olunur ki, şirkət hazırda iki beynəlxalq reys həyata keçirir, martın 29-da başlayaraq isə İstanbuldan 18 ölkədə 26 istiqamət üzrə yeni uçuşlar işə düşəcək.
Məlumata əsasən, yeni uçuşlar Bakı, Küveyt, Ercan, Dubay, Bağdad, Bəhreyn, Ciddə, Ərbil, Ər-Riyad, Tehran, Təl-Əviv, Tbilisi, Dammam, Əbu-Dabi, Mədinə, Amsterdam, Barselona, Brüssel, Düsseldorf, Frankfurt, London, Milan, Münhen, Ştutqart, Paris, Roma və Vyanaya həyata keçiriləcək.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.